USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

LUKOIL" Azərbaycana böyük investisiya yatırmaqda maraqlıdır" - Vahid Ələkbərov

06.06.2019 İqtisadiyyat
0 0
Bunu APA-nın Rusiya bürosuna müsahibəsində LUKOILşirkətinin prezidenti, Azərbaycan əsilli rusiyalı milyarder Vahid Ələkbərov deyib.

"Kommersant.az" xəbər verir ki, o, Azərbaycanın siyasi cəhətdən sabit ölkə olduğunu bildirib: "Azərbaycanın sabit qanunvericiliyi var. Ölkədə möhtəşəm investisiya mühiti yaradılıb. Ona görə də Azərbaycandakı mövcudluğumuzu daha da artırmaqda maraqlıyıq".

LUKOILprezidenti rəhbəri olduğu şirkətin Azərbaycandakı layihələrindən və Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR-la əməkdaşlığından da danışıb: "Biz hazırda SOCAR-la "Ümid və "Babək" yataqları layihəsi üzərində işləyirik. Bu layihəyə daxil olmaqda maraqlıyıq. Hazırda texniki və iqtisadi məsələlər müzakirə olunur. Əgər hər iki tərəf iqtisadi sahədə anlaşsa, o zaman biz Azərbaycana nəhəng investisiya qoymaqda maraqlıyıq".
V. Ələkbərov LUKOILvə SOCAR arasında birgə layihələrdən başqa da əməkdaşlığın mövcud olduğunu söyləyib: "Biz SOCAR-la öz fəaliyyətimizi dünya bazarında koordinasiya edirik. Bundan əlavə, LUKOIL"SOCAR Türkiyə"nin neft məhsulları emal edən zavodunun nəhəng təchizatçısıdır".

  • Əvvəlki

    Azərbaycan nefti yenə ucuzlaşdı

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0