USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azırbaycan şirkəti məhsullarını Belarus və Çinə də ixrac edəcək

13.06.2019 İqtisadiyyat
0 0
Azərbaycanın “Naigin-KO Tovuz-Baltiya” MMC spirtli içkilər istehsalçısı yeni ixrac istiqamətlərini müəyyənləşdirib.

"Kommersant.az" xəbər verir ki, bunu şirkətin xarici əlaqələr departamentinin rəhbəri Elman İsmayılov deyib.

Departament rəhbərinin sözlərinə görə, bu il müəssisənin məhsulları Belarus və Çinə ixrac ediləcək:

"Müəssisədə üzüm və meyvə şərabları, brendi, likör istehsal olunur və bütün bu məhsullar ölkə xaricinə ixrac edilir. İxrac olunan məhsulun əsas həcmi Rusiya, Ukrayna və Baltikyanı ölkələrin bazarlarına çıxarılır. Spirtli içkilərimiz qismən Avropa bazarlarına, xüsusilə də Almaniya və Polşaya ixrac edilir. Hazırda biz Çin və Belarusda tərəfdaşlarımızla danışıqlar aparırıq və yaxın zamanlarda bu ölkələrə ixracatı təşkil etmək niyyətindəyik".

E.İsmayılovun sözlərinə görə, ixraca yönələn bir partiya orta hesabla 20 tona bərabər olur.

O əlavə edib ki, müəssisə tədarük həcmlərini artırmaq niyyətindədir.

Marja.az

  • Əvvəlki

    Omandakı tanker hücumundan sonra neftin qiyməti artır

Digər xəbərlər