USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi vətəndaşları qəbul edəcək

18.06.2019 İqtisadiyyat
0 0
Kənd Təsərrüfatı naziri İnam Kərimov iyunun 21-də, saat 10:00-da İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında İsmayıllı və Qəbələ rayonlarının sakinləri ilə görüşəcək.

Bu barədə "Kommersant.az"a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumata görə, bununla yanaşı, həmin gün nazir müavini İlham Quliyev Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində Şamaxı və Ağsu rayonlarından olan vətəndaşları, digər naziri müavini Seyfəddin Talıbov isə Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzində Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcəklər.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-332-74-44), Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-336-20-90) və Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-381-73-38) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı mərkəzi" (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

  • Əvvəlki

    Bakıya 300 yeni avtobus gətiriləcək - TARİX

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0