USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu nazirliyinin xərcləri gəlirlərini üstələdi

20.06.2019 İqtisadiyyat
0 0
2018-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 216,162 milyon manat gəlir əldə edib.

“Kommersant.az” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bunun 177,292 milyon manatı birja əməliyyatlarından, 38,87 milyon manatı qeyri-birja əməliyyatlarından əldə olunub.

Ötən il Nazirliyin xərcləri isə 216,302 milyon manat, o cümlədən maliyyə yardımları və sair transferlər üzrə xərcləri 212,658 milyon manat, əməkhaqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 2,725 milyon manat, sair əməliyyat xərcləri 649 min manat, amortizasiya xərcləri 161 min manat, sərf edilmiş material ehtiyatları üzrə xərcləri isə 109 min manat təşkil edib.

Beləliklə, qurumun xərcləri gəlirlərini 140 min manat üstələyib.

  • Əvvəlki

    AZAL beynəlxalq əməkdaşlığını genişləndirir

Digər xəbərlər

11.10.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
10.10.2024 İqtisadiyyat
Saxta məhsullara yeniləri əlavə edilib
0 0