USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı-Quba yolunda hərəkət məhdudlaşdırılacaq

29.05.2018 İqtisadiyyat
0 0
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarına qədər Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

"Kommersant.Az" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, buna görə də hərəkət iş aparılan bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır ) hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən avtomobil yolu ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

  • Əvvəlki

    Nazir “Nəqliyyat təhlükəsizliyi” mövzusunda illik Sammitdə iştirak edib

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0