USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Volvo" zirehli avtomobil istehsalına başlayır

26.06.2019 İqtisadiyyat
0 0
"Volvo Cars" şirkəti XC90 modelinin iki zirehli versiyasının istehsalına başlayır.

"Kommersant.az" xəbər verir ki, şirkətin ilk zirehli avtomobilləri 10 mm-lik polad örtüyə və 50 mm-ə qədər qalınlığı olan güllə keçirməyən şüşəyə malik olacaq.

Əsas zirehli modifikasiyanın yığımı Göteborqdakı zavodda aparılacaq, lakin avtomobillərə zireh quraşdırmaq üçün onlar Almaniyaya göndəriləcək.

İlk zirehli "Volvo XC90" bu ilin sonunda konveyerdən buraxılacaq. XC90-ın digər, daha yüngül modifikasiyası isə Braziliyada istehsal olunacaq. Maşınların gələn ilin birinci yarısından satışa çıxarılması planlaşdırılır.

Report

  • Əvvəlki

    "ABŞ - Çin müqaviləsində yolun 90 faizini tamamladıq"

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0