USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Instagram”dan daha bir yenilik

27.06.2019 İqtisadiyyat
0 0
“Instagram”da tövsiyə səhifəsində reklam publikasiyaları çıxacaq. Bu barədə şirkətin bloqunda xəbər verilir.

"Kommersant.az" xəbər verir ki, istifadəçilər reklamı tövsiyələrdə yaxın aylarda görə biləcəklər.

"Instagram" reklam publikasiyalarını yalnız tövsiyələrdəki postların üzərinə vuran və oxşar şəkil və ya videolar olan lenti izləyən istifadəçilərə təqdim edəcək.

Qeyd edək ki, tövsiyələr "Instagram"da 2012-ci ildə peyda olublar. Onlara baxmaq üçün tətbiqin aşağı panelindəki lupanın üzərinə vurmaq lazımdır. Onlar abunəlik, "like"lar və izlənilən publikasiyalardan asılı olaraq, hər istifadəçi üçün fərdi formalaşır.

Hazırda "Instagram"da reklam istifadəçilərin şəxsi lenti və tarix bölməsində var. Reklam elanlarından brendlərin saytlarına keçid etmək mümkündür.

Oxu.az

  • Əvvəlki

    “Azneft”in müəssisəsinə yeni rəis təyin edildi

Digər xəbərlər