USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qeyri ixtisas sahibləri baş mühasib ola bilərlər - DİM-dən açıqlama

28.06.2019 İqtisadiyyat
0 0
5 iyun 2019-cu il tarixdə aşağıdakı məktubu elektron formada Dövlət İmtahan Mərkəzinə yolladım.

"Kommersant.az" xəbər verir ki, Nazirlər Kabinetinin "Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi haqqında 22 may 237 nömrəli qərarına əsasən Azərbaycan Respublikasında peşəkar mühasib hüququnu əldə etmək üçün aşağıdakılar tələb olunur:

1. "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq peşəkar mühasiblər üçün nəzərdə tutulmuş müvafiq sertifikata sahib olmaq;
2. peşəkar mühasib təşkilatının üzvü olmaq.
Namizəd peşəkar mühasib sertifikatı almaq məqsədilə keçirilən imtahanda iştirak etmək üçün "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 30-cu maddəsində göstərilən 5 məzmunda ərizə ilə Mərkəzə müraciət edir. Ərizə imtahan gününə ən azı 15 gün qalanadək təqdim olunmalıdır. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
1. şəxsiyyət vəsiqəsinin surəti;
2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti;
3. bu Qaydaların 2.8-ci və 2.9-cu bəndlərində göstərilən sertifikatların surəti (mövcud olduqda);
4. 3×4 ölçüdə 2 ədəd rəngli fotoşəkil.
Sual: Yuxarıda qeyd olunanları şərh etsək belə nəticəyə gəlib çıxmaq olar ki, şəxs sertifikat əldə etmək üçün peşakar mühasib təşkilatının üzvü olmalıdır. Kolleci və texnikomu bitirənlər əgər onları iqtisadi təhsili varsa və 5 il mühasiblik stajı varsa ərizə ilə müraciət edə bilər. Bildiyiniz kimi, orta ixtisas təhsli 2010-cu ilə kimi qeyd olunurdu. 2010-cu ildən sonra kolleci bitirənlərə subbakalavr dərəcəsi verilməyə başlanılıb. Yeni qərara görə, subbakalavr dərəcəsi alanların ali təhsil almaq üçün imtahansız bakalavr dərəcəsi üçün sənəd verə bilərlər. 2010-dan əvvəl bitirənlərin bu imkanı olmadığından onların yuxarıda göstərilən yəni iqtisadi orta ixtisas təhsili və 5 illik mühasib kimi stajı olduqda sənəd vermək imkanı yaranır. Subbakalavr dərəcəsi alanlar isə bakalavr dərəcəsi aldıqdan sonra bu peşakar mühasib sertifikatı almaq üçün ərizə ilə Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərlər.
Digər bir məqam isə bakavr təhsili ilə bağlıdır. Şərhimi əsasən iqtisadi bakalavr təhsili olanlar ərizə ilə sertifikat almaq üçün Dövlət İmtahan Mərkəzinə müraciət edə bilərlər. Çünki qərarda tam yox ali təhsil qeyd olunub. Bu da ona əsas verir ki, əsas nəzərə alınan məqam bakalavr dərəcəsidir.
Amma bu şərhlərimə baxmayaraq bəzi şəxslər qeyd edillər ki, şəxs kollec və ya texnikomu iqtisadi sahə üzrə bitiribsə sənəd verə bilər. 5 il mühasibatlıq sahəsinə stajı varsa sənəd verə bilər. Ali təhsilinin hansı ixtisas üzrə bitirməyindən aslı olmayaraq sənəd verə bilər. Bəzi şəxslərin bu qeydlərin nəzərə alsaq o halda baytar, zootexnik, aktyor, tarixçi də baş mühasib üçün müraciət edə bilər. Necə indi baş mühasib kimi, bir çox təşkilatlarda işləyillər. Belə olan halda bu qərarın heç bir əhəmiyyəti qalmayacaq. Bunu mən saytlara açıqlamamda da, yutub vasitəsi ilə öz şəxsi kanalımda da canlı yayım edərək qeyd etmişəm.
Sizdən xahiş edirəm ki, obyektiv olaraq bu məsələyə aydınlıq gətirəsiniz. Çünki mühasibatlıq elə bir sahədir ki, orada mütləq şəkildə imtahan vermək üçün iqtisadi təhsi olmalıdır. Çünki bu elmdir. Bunun dərinliyi barədə mən dəfələrlə qeyd etmişəm.
Əlavə də bir sual göndərdim Beynəlxalq mühasibatlıq sertifikat yenilənməlidirmi?
25 iyun 2019-cu il tarixdə yəni 20 gündən sonra cavab gəldi.

Hörmətli Rauf müəllim,

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmiş "Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması QAYDALARI" nın (bundan sonra Qaydalar) 2.10.2 maddəsinə əsasən: "iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin(diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti" vacibdir. Dövlət İmtahan Mərkəzi Azerbaycan Respublikası tərəfindən yaradılmış publik hüquqi şəxs kimi Azərbaycan Respublikasının qanunvericiliyinə riayət etməlidir, yəni qaydalarda qeyd edilən sənədləri tələb edəcək.

Qaydaların 2.6, 2.8, 2.9 maddələrinə əsasən:

2.6 İmtahanın birinci mərhələsi mühasibat uçotu, ikinci mərhələsi isə büdcə, vergi, mülki və əmək qanunvericiliyi üzrə sualları əhatə edir.

2.8 Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu

hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:

2.8.1. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR – "Financial Reporting" imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya "DipIFR" sertifikatına;

2.8.2. İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA -Chartered Institute of Management Accountants) F2 "AdvancedFinancial Reporting" sertifikatına;

2.8.3. Sertifikatlaşmış İctimai Mühasib (CPA – Certified Public Accountant) təşkilatının sertifikatına;

2.8.4. İmtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına;

2.8.5. Serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına(ICFM (Institute of Certified Financial Managers) – "Diploma inIFRS".

2.9. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CİPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğuhallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir.

Nəzərinizə çatdırırıq ki, yuxarida adı çəkilmış beynəlxalq sertifikatların istifadə müddəti müddətsiz olur. Yəni bu beynəlxalq sertfikatlari əldə etmiş şəxslər hər dəfə imtahanın birinci mərhələsindən azad olunacaqlar.

Yuxarıdakılardan belə qənaətə gəlmək olar ki, şəxsin subbakalavr təhsili olsa da, imtahanda iştirak edə bilər. Bundan əlavə qeyri ixtisas sahiblərinin isə yalnız ali təhsil diplomu kifayətdir ki, imtahanda iştirak etsin. İmtahanın 1-ci turundan azad olunmaq üçün bir dəfə beynəlxalq sertifikat alımısınızsa hər dəfə imtahanın 1-ci turundan azad olunursuz.

25 iyun tarixində qeyd olunanları tam şəkildə, qeyd etmək üçün təkrar elektron məktub göndərdim, bundan əlavə isə 27 iyunda onlayn elektron məktub göndərdim. Onlayn məktuba hər zaman dərhal cavab verirdilərsə də, bu dəfə cavab vermədilər.

  • Əvvəlki

    “Pulumuzu istəyəcəyik” - Ərdoğan Vaşinqtonu təhdid etdi

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0