USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dəmir yolunda reklam qaydaları - DƏYİŞDİ

03.07.2019 İqtisadiyyat
0 0
Nazirlər Kabinetinin dəmit yolları ilə bağlı bir sıra qərarlarına dəyişiklik edilib.

"Kommersant.az" xəbər verir ki, "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları"nın 14-cü hissəsinin birinci cümləsində "ölçülərindən asılı olmayaraq" sözləri "reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox təşkil edən" sözləri ilə əvəz edilib.

Nazirlər Kabinetinin "Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları"nın 2.2-ci bəndində "ölçülərindən asılı olmayaraq" sözləri "reklam yerləşdirilməsi üçün nəzərdə tutulmuş sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetr və ya bundan çox təşkil edən" sözləri ilə əvəz edilib.