USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Büdcə 15 milyon manat borclanacaq

04.07.2019 İqtisadiyyat
0 0
9 iyul 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

"Kommersant.az" xəbər verir ki, hərracda tədavül müddəti 1092 gün olan cəmi 15 milyon manatlıq istiqrazlar təklif olunacaq.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Marja.az

  • Əvvəlki

    Kimlərin pensiyası 30 faizdən çox artacaq? - 94 min nəfərə ŞAD XƏBƏR

Digər xəbərlər