Dohadan Tunisə uçan təyyarə mühərrikinin dayanması səbəbindən Bakıda məcburi eniş edib
"Azərbaycan Hava Yolları" QSC-dən "Kommersant.Az"a verilən məlumata görə, göyərtəsində 137 nəfərin olduğu "Airbus A330" təyyarəsi Dohadan Tunisə aviareys həyata keçirirdi.
Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılıb.
Təyyarə Bakı vaxtı ilə saat 12:16-da uğurlu eniş edib, xəsarət alan yoxdur.
"Heydər Əliyev Beynəlxalq Aeroportu "Qatar Airways" aviaşirkətinin sifarişi ilə sərnişinlərə və ekipaj üzvlərinə bütün lazımi yardımı, eləcə də hava gəmisinə lazımi texniki dəstəyi göstərməyə hazırdır", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ən müasir naviqasiya və yerüstü avadanlıqlarla təchiz olunub. Bu səbəbdən aviaşirkətlər fors-major vəziyyətlər yarandıqda regionun havaməkanında məhz Bakı hava limanını seçirlər.
Digər xəbərlər
Azərbaycan benzinini daşıyan 22 vaqon Ermənistana çatıb - Qevork Papoyan
Belarus Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 6 dəfədən çox artırıb
Avropa fond bazarları, Böyük Britaniya istisna olmaqla, müsbət tendensiyalar göstərir




.png)


















.jpg)











































