USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda orta aylıq əmək haqqı artdı - RƏSMİ AÇIQLAMA

11.07.2019 İqtisadiyyat
0 0
2019-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı cari ilin yanvar-aprel ayları ilə müqayisədə isə 0,4% və ya 2 manat 50 qəpik artaraq 583 manat 70 qəpik olub.

"Kommersant.az" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.