USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərişığ”ın rəhbərliyi vətəndaşları qəbul edib

19.07.2019 İqtisadiyyat
0 0
Bu gün “Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov Zaqatalada vətəndaşları qəbul edib.

Bu barədə "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, "Azərişığ"ın müvafiq qurumlarının rəhbərlərinin də iştirak etdiyi qəbullarda Zaqatala və Balakən rayonlarından olan 22 vətəndaşın müraciət və təklifləri dinlənilib.

V.Əhmədov bütün məsələlərin qanunvericiliyə uyğun və operativ şəkildə həll edilməsi üçün cəmiyyətin əlaqədar struktur qurumlarının rəhbərlərinə və rayon elektrik şəbəkələrinin rəislərinə müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin əsas hissəsi yerindəcə həllini tapıb. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və operativ həlli üçün icraya yönəldilib. "Azərişığ"ın fəaliyyət istiqamətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib.

Bu gün həmçinin səhmdar cəmiyyətinin sədr müavini Ramil Yusifov Qaxda, bu rayondan və Şəkidən olan 14 vətəndaşın müraciətini dinləyib. Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıq edib.

  • Əvvəlki

    Gürcüstan Azərbaycandan sement idxalını 5%-dək artırıb

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0