USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu marşrut xətlərinin hərəkəti dəyişdirilir - DİQQƏT

24.07.2019 İqtisadiyyat
0 0
Salyan yolu, M.Useynov, Niyazi, Neftçi Qurbanov küçələrinin müəyyən hissələrinə müəyyən saatlarda müvəqqəti məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən 5, 6, 53, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, avtobuslar məhdudiyyət zamanı digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə hərəkət edirlər. Dəyişiklik yolda məhdudiyyət tam aradan qalxanadək qüvəddədir.