USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kəmaləddin Heydərovdan yeni təyinat: XANIMA VƏZİFƏ VERDİ - FOTO

24.07.2019 İqtisadiyyat
0 0
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə yeni rəis təyin olunub.

"Kommersant.az" xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə Gülçin Mehdiyeva gətirilib.

Qeyd edək ki, G.Mehdiyeva uzun müddətdir FHN-nin İctiamiyyətlə əlaqə idarəsinin baş zabiti vəzifəsində çalışıb. Əhalinin maairfləndirilməsi və təbliğat işi ilə məşğul olub.

FHN-dən təyinatı təsdiqləyiblər. G.Mehdiyeva rəhbərlik tərəfindən göstərilən böyük etimada görə təşəkkür edib:

"Böyük etimad göstərilib. İnşallah çalışacam ki, bu etimadı doğruldum. Hazırda işlərlə daha yaxından tanış oluram. İnşallah mətbuat nümayəndələrilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcəyik".