USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gündən yeni qaydalar qüvvəyə mindi

24.07.2019 İqtisadiyyat
0 0
Miqrasiya Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Qanun bu gündən qüvvəyə minir.

"Kommersant.az" xəbər verir ki, bununla bağlı Dövlət Miqrasiya Xidmətinin rəisis Vüsal Hüseynov paylaşım edib.

O, bu gündən başlayaraq tətbiq olunacaq yeni qaydaların siyahısını yayıb:

1. 18 yaşına çatmamış uşaqlar, yaşı 65-dən yuxarı olan və I dərəcə əlil olan şəxslər daimi yaşama icazəsi alınması ilə bağlı imtahandan azad olunurlar.

2. Müvəqqəti olma müddətinin (viza müddəti və ya vizasız qaydada 90 günlük müddət) uzadılması üçün əsas olan hallar artırılır. Belə ki, əcnəbi şəxsin olma müddətinin uzadılması artıq onun yaxın ailə üzvlərinə də şamil edilir.

3. Yaşama və iş icazələrinin alınması ilə bağlı müraciətlərə qısa müddətdə baxılması üçün yeni imkanlar təmin edilir. Nümunə üçün iş icazələri 12 günə, daimi yaşama icazələri 35 günə.

4. Sahibkarlıq fəaliyyəti ilə məşğul olma əsası ilə yaşama icazəsi alan şəxslər 180 gündən çox ölkə ərazisindən kənarda olduqda onların daimi yaşama icazələrin ləğv edilməsi qaydası dəyişir. Bu şəxslər və ölkə iqtisadiyyatına 500 min manat məbləğdə investisiya yatıran şəxslərə artıq bu tələb şamil edilmir.

5. Daimi yaşama icazəsi verilələrkən şəxsin ölkədə son 2 il fasiləsiz yaşaması tələbi müəyyən edilir.

6. Yaşama icazələri ilə bağlı vəsiqələrin müəyyən edilmiş müddətdən sonra 30 gün ərzində götürülmədiyi təqdirdə bu icazələr ləğv edilir.

"Dəyişikliklər barədə ətraflı məlumatlar Miqrasiya Xidmətinin elektron resurslarında və qəbul şöbələrində yer alacaq. Yeni qaydaların tətbiqi ilə bağlı hər hansı qeyri-müəyyənlik və ya suallar olarsa Miqrasiya Xidmətinə, əməkdaşlarımıza müraciət edə və ya səhifəyə yaza bilərsiz".

Yenisabah

  • Əvvəlki

    “Azəravtoyol”dan dirəkli yol haqda açıqlama

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0