USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan son beş ildə qaz hasilatını 12%-dən çox artırıb

26.07.2019 İqtisadiyyat
0 0
Azərbaycanda yeni yataqların uğurla işlənilməsi ölkədə qaz hasilatının artırılması və gələcəkdə neft gəlirlərinin müəyyən dərəcədə qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır.

"Kommersant.az" xəbər verir ki, qaz hasilatının artması ölkə üçün həm öz enerji təhlükəsizliyini möhkəmləndirməyə, həm də "mavi yanacağın" idxalını artırmağa imkan verir.

Belə ki, son beş ildə (2019-cu ilin yanvar-iyun aylarına olan göstəricinin 2014-cü ilin müvafiq dövrünə olan göstəricisi ilə müqayisədə) Azərbaycanda qaz hasilatı 12,5% artıb.

Məlumata əsasən, bu ilin birinci yarısında Azərbaycanda 17,3 mlrd. kubmetr qaz hasil edilib, ötən ilin müvafiq dövründə bu göstərici 15,4 mlrd. kubmetrə yaxın olub.

Respublikada qaz hasilatının kəskin artması "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinin istifadəyə verilməsi ilə bağlıdır.

Qeyd edək ki, keçən il Azərbaycanda 30,6 mlrd. kubmetr qaz hasil edilib, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 7,1% çoxdur. Proqnozlara əsasən, 2019-cu ilin sonuna qədər ölkə üzrə ümumi qaz hasilatında 20 faiz artım olacaq. (Apa)

  • Əvvəlki

    Elman Rüstəmov: “Ölkədə faktiki inflyasiya hədəfimizdən aşağıdır”

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0