USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baş nazir qardaşını nazir vəzifəsinə təyin etdi

26.07.2019 İqtisadiyyat
0 0
İngiltərə baş naziri Boris Conson açıqladığı yeni kabinetdə qardaşı Cozef Edmund Consona nazir vəzifəsi verib.

"Kommersant.az"-ın xəbərinə görə, Cozef Conson yeni kabinetdə iqtisadiyyat, enerji və sənayedən cavabdeh nazir olacaq.

Cozef Conson İngiltərə siyasətinin mərkəzindədir və Boris Consondan əvvəlki iki hökumətdə nazir postunu tutub.
8 ay əvvəl Tereza Mey hökumətini tərk edən Cozef Conson "Breksit" əleyhdarı olan qardaşının hökumətində təmsil olunur.

Boris Conson oktyabra qədər İngiltərəni Avropa Birliyindən çıxarmaqda qərarlıdır. Onun qardaşı Cozef Conson isə İngiltərənin Avropa Birliyindən çıxmasının əleyhinədir.