USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ilin ilk ixrac missiyası Rusiyanın Həştərxan vilayətinə gedir

30.05.2018 İqtisadiyyat
0 0
"Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi sabah 2018-ci ilin ilk ixrac missiyasını Rusiyanın Həştərxan vilayətinə təşkil edəcək.

Nazirlikdən "Kommersant.Az"a verilən məlumata görə, missiya çərçivəsində Azərbaycan və Rusiya şirkətləri arasında ikitərəfli görüşlərin təşkili, iqtisadi-ticarət əlaqələrin genişləndirilməsinə dair müzakirələrin aparılması və Azərbaycan istehsalı olan məhsullara dair təqdimatların keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Həştərxana təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda kənd təsərrüfatı, emal, yüngül sənaye, tikinti və digər sahələrdə fəaliyyət göstərən 30 yerli şirkətin nümayəndəsi daxildir.

  • Əvvəlki

    Azərbaycanın quru və dəniz yataqlarından hasilatın həcmi açıqlanıb

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0