Prezidentdən süni qiymət artımı ilə bağlı ciddi tapşırıq

01.08.2019 İqtisadiyyat
"Məndə olan məlumata görə, bizdə nağdsız ödənişlər hələ də aşağı səviyyədədir. Hesab edirəm ki, bu sahədə çox ciddi addımlar atılmalıdır."

"Kommersant.az" xəbər verir ki, bu sözləri İyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədə prezident İlham Əliyev deyib.

Ölkə başçısı ölkədə nağdsız ödənişlər artımı üçün xüsusi tapşırıq verib: "Çünki biz çalışmalıyıq ki, nağdsız ödənişlərin həcmi artsın. Posterminalların sayı da artmalıdır. Ancaq mənə verilən məlumata görə, onların sayı artmır. Bu problem öz həllini tapmalıdır. Çünki nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, kölgə iqtisadiyyatını qidalandırır. Kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir. Bu gün burada verilən məlumat bunu göstərir ki, bu istiqamətdə önəmli addımlar atılıb. Yüz mindən çox əmək müqaviləsi bağlanıb. Halbuki bu insanlar əvvəllər kölgə iqtisadiyyatında fəaliyyət göstərirdilər. Nağdsız ödənişlərin aşağı səviyyədə olması, əlbəttə ki, qəbuledilməzdir. Tapşırıq verirəm ki, bu məsələ təhlil edilsin və ciddi addımlar atılmalıdır. Nağdsız ödənişlərin ümumi həcmi Azərbaycanda 2 milyard 300 milyon dollardır. Elədir?

Prezidentin İqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq ƏMİROV: Bəli, nağd çıxarılan məbləğlər istisna olmaqla.

Prezident İlham ƏLİYEV: Bu sahəyə çox ciddi diqqət göstərilməlidir.

Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır.

  • Əvvəlki

    FED dollarla bağlı qərar verdi - Son on ildə ilk dəfə...

Digər xəbərlər

06.12.2021 İqtisadiyyat
Pensiya alanlara mühüm xəbər
0 0
06.12.2021 İqtisadiyyat
Brent nefti bahalaşıb
0 0