USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TAP-ın marşrutunda qaynaq işləri 99% yekunlaşıb

01.08.2019 İqtisadiyyat
0 0
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans Adriatik Boru Kəmərinin (TAP) marşrutunda qaynaq işləri 99% yekunlaşıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə TAP AG məlumat yayıb.

Məlumata görə, Yunanıstan, Albaniya və İtaliyadan keçən marşrutun yerüstü hissəsində boruların qaynaqlanması demək olar ki, yekunlaşmaq üzrədi.

"Qaynaq tikişləri avtomatik olaraq sınaqdan keçirilir ki, onların milli və beynəlxalq standartlara uyğunluğunu təsdiq etmək üçün", - məlumatda bildirilib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP Bolqarıstanın qaz ehtiyacının 33%-ni, Yunanıstanın 20%-ni, İtaliyanın isə, təxminən, 10,5%-ni qarşılayacaq.

  • Əvvəlki

    Bu rayonda qaz olmayacaq

Digər xəbərlər