USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını kəskin artırıb

07.08.2019 İqtisadiyyat
0 0
Bu ilin iyul ayında Gürcüstan Azərbaycandan 93 milyon kilovatt/saat elektrik enerjisi idxal edib.

Bu barədə "Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru" (ESCO) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin iyul ayı ilə müqayisədə 91,86 milyon kilovatt/saat və yaxud, təxminən, 81 dəfə çoxdur.

Bu il avqustun 1-dən 5-nə qədər isə Gürcüstan Azərbaycandan 12,28 milyon kilovatt/saat həcmində elektrik enerjisi alıb.

Xatırladaq ki, Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalına ötən ayın əvvəlindən başlayıb. İdxalın kəskin artması yerli SES-lərdə istehsal həcminin aşağı düşməsi, istehlakın isə artması ilə bağlıdır. (Report.az)

  • Əvvəlki

    Mingəçevirli QHT sədri Leyla Əliyevaya müraciət etdi: KÜR ÇAYINI BİRLİKDƏ XİLAS EDƏK - MƏTN

Digər xəbərlər