"Sirab" şirkəti bəyanat yayıb

20.08.2019 İqtisadiyyat
Son zamanlar bəzi xəbər saytlarında “Müsavat” Partiyasının sabiq başqanı İsa Qəmbər və indiki rəhbəri Arif Hacılının “Sirab” şirkəti tərəfindən maliyyələşdirilməsi haqqında məlumatlar yayılmışdır. Bu səpgili xəbərlərin meydana çıxmasına səbəb isə, Avropada yaşayan və özünü müsavatçı jurnalist kimi təqdim edən Laçın Məmişov tərəfindən “youtube” kanalında yayımlanmış bir videodur. Həmçinin, xəbərlər Babək “Sirab” ASC – yə məxsus “Sirab” mineral sularının foto şəkilləri də yerləşdirilərəkyayımlanmışdır.

"Kommersant.az" xəbər verir ki, Babək "Sirab" ASC olaraq məsələ ilə bağlı araşdırmalarımızdan sonra bəlli olur ki, sözügedən jurnalistin açıqlamasındayuxarıda da qeyd etdiyimiz kimi, Babək "Sirab" ASC-dən yox, Avropada yaşayan hansısaAzərbaycan vətəndaşı tərəfindən elə Avropa ölkələrinin birində qeydiyyatdan keçirilmiş və orada da fəaliyyət göstərən "Sirab EuropaGmhb" adlı bir şirkətdən bəhs edilir.

Babək "Sirab" ASC olaraq qətiyyətlə bildiririk ki, Avropada qeydiyyatdan keçmiş həmin "Sirab EuropaGmhb" adlı şirkətin Naxçıvanda qeydiyyatdan keçmiş və ölkəmizdə fəaliyyət göstərən Babək "Sirab" ASC ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur.

Lakin bir sıra yerli xəbər saytları bu informasiyanı "Babək Sirab" ASC rəhbərliyi ilə heçbir dəqiqləşdirmə aparmadan Babək "Sirab" ASC – yə məxsus "Sirab" mineral sularının foto şəkillərindəndə istifadə etməklə öz xəbər saytlarında yayımlamışdırlar. Bu cür qeyri-dəqiq xəbəri yayan media quruluşlarının məsələyə qeyri – peşəkar yanaşaraq,KİV haqqında qanunun tələblərinə məhəl qoymayaraq qarşı tərəfin mövqeiyini öyrənmədən birtərəfli qaydada xəbər yayınlamasından və nəticə etibariləictimaiyyətdə şirkətimizə və markamıza yönəlikəsassız çaşqınlıq yaratmasından dərin təəssüf hissi keçiririk. Babək "Sirab" ASC-yə və "Sirab" markasına yönəlikqeyri-dəqiq informasiyanı yayan xəbər saytlarındanyanlışlarını düzəldərək təkzib vermələrini tələb edir, əks təqdirdə haqqımızı hüquqi müstəvidə qorumaq üçün bütün zəruri addımları atacağımızı bildirmək istəyirik.

Bir daha mediya və mətbuat sahəsində çalışan dəyərli qələm sahiblərini bu kimi məsələlərə diqqətli və həssas yanaşmağa, vəzifə borcunu peşəkarlıq və qanuna müvafiq olaraq yerinəyetirməyə dəvət edirik.