Rəşt-Astara-Astara dəmir yolunda relslərin düzülməsi davam edir

26.08.2019 İqtisadiyyat
Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Gilan vilayətindən keçən hissəsində relslərin düzülməsi davam edir.

"Kommersant.az" xəbər verir ki, bu sözləri İranın dövlət dəmir yolu şirkətinin baş direktoru Səid Rəsuli deyib. Gilan vilayətində səfərdə olan S.Rəsuli yolun tikintisi ilə taniş olub. O bildirib ki, sanksiyalara baxmayaraq yolun inşası davam edir. Artıq 40 kilometr məsafədə relslər düzülüb.

S.Rəsuli nəzərə çatdırıb ki, yolun tikintisində Azərbaycan tərəfi də iştirak edir. Rəsmi Baki "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas tərkib hissəsi olan Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun inşasına 500 milyon dollar vəsait ayırıb. Bundan başqa Azərbaycan İranın Astara şəhərində dəmir yolu vağzalının və yük terminalının tikintisində də iştirak edir.

Xatırladaq ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi ilə Asiyadan Avropaya və əks istiqamətə yüklər Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu vasitəsilə daşınacaq. Ötən ilin mart ayında yolun Qəzvin-Rəşt hissəsi İran Prezidentinin iştirakı ilə istismara verilib. Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir.

  • Əvvəlki

    Bakıda fantastik qiymətə yemək: 250 qramı 1500 manat - FOTO

Digər xəbərlər

23.12.2021 İqtisadiyyat
Azərbaycanın kolbasa istehsalı - ARTIB
0 0
23.12.2021 İqtisadiyyat
Türk lirəsi daha da - BAHALAŞIB
0 0