USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərneftyağ" zavodundan neft emalı qurğusunun köçürülməsi 2020-ci ildə yekunlaşacaq

31.05.2018 İqtisadiyyat
0 0
Keçmiş "Azərneftyağ" neft emalı zavodundakı illik məhsuldarlığı 2 mln. ton olan ELOU-AVT (neftin ilkin emalı) qurğusu vakuum bloku ilə birlikdə Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna (BNEZ) köçürülməsi 2020-ci ilin sonunda yekunlaşacaq.

"Kommersant.Az" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov bildirib.

"Bu qurğunun köçürülməsi ümumi inkişaf planımıza mane olmur. Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiya və yenidənqurma proqramı 2021-ci ilin I rübündə yekunlaşacaq. ELOU AVT qurğusunun köçürülməsi 2020-ci ilin sonuna yekunlaşmalıdır. Bundan sonra sazlama və işə salma həyata keçiriləcək", - deyə o, qeyd edib.

D.Məmmədovun sözləriən görə, zavodun modernziyası və yenidənqurması çərçivəsində bitum istehsalı qurğusunun bu ilin sentyabr ayında istismara verilməsi gözlənilir.

Qeyd edək ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda neftin ilkin emalı üzrə əsas qurğusu ELOU-AVT-6 ildə 6 mln. ton xam neft emal etmək gücünə malik olan, neftin qabaqcadan duzsuzlaşdırılması və benzinin təkrar qovulması blokları olan kombinə olunmuş atmosfer-vakuum qurğusudur. Qurğu 1976-cı ildə Bakı neftayırma zavodlarının köklü yenidən qurulması planına uyğun olaraq qurulub.

BNEZ-in yenidənqurma və modernizasiyası layihəsinin üç mərhələdə (bitum, dizel və benzin) icrası nəzərdə tutulub. Zavodda modernizasiya və yenidənqurma işlərindən sonra emal gücü hazırkı illik 6 mln. tondan 7,5 mln. tona çatıdırılacaq. Hazırda zavodda illik istehsal gücü 400 min ton yeni bitum qurğusu inşa olunur və qurğu gələn ilin III rübündə istifadəyə veriləcək. Dizel mərhələsinin 2020-ci il noyabrın 30-da, benzin mərhələsinin isə 2021-ci il fevralın 28-də yekunlaşacağı gözlənilir.

Görülən işlərdən sonra müəssisədə istehsal olunacaq avtomobil benzininin illik istehsal həcmi 2,2 mln. ton, dizel yanacağının 3 mln. ton, ağ neftin isə 1 mln. ton təşkil edəcək.

Xatırladaq ki, SOCAR prezidentinin 2014-cü il 24 dekabr tarixli əmrinə əsasən, "Azərneftyağ" NEZ 2015-ci il yanvarın 1-dən Heydər Əliyev adına BNEZ-ə qoşulmaqla fəaliyyətinə xitam verilməsi qərara alınıb. "Azərneftyağ"dakı bütün qurğular söküldükdən sonra burada təmizlik işləri aparılacaq və ərazi "Ağ Şəhər" layihəsinə veriləcək.

  • Əvvəlki

    Sığorta şikayətlərinə baxılmasına dair yeni təlimat hazırlanıb

Digər xəbərlər