Daha 420 ailəyə aktivlər verildi

30.08.2019 İqtisadiyyat
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində respublikamızın rayon və şəhərlərində işsiz və işaxtaran şəxslərin kiçik ailə təsərrüfatlarının yaradılması prosesi davam edir.

"Kommersant.az" xəbər verir ki, iyul-avqust aylarında daha 420 ailəyə mal və materiallar formasında aktvlər təqdim olunub və onlar verilmiş aktivlər hesabına öz təsərrüfatlarını yaradıblar. Təsərrüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini (heyvandarlıq, bağçılıq, arıçılıq, istixana və s.) əhatə edir. Bu il üzrə özünüməşğulluq proqramı çərçivəsində artıq 1500-dək kiçik ailə təsərrüfatı yaradılıb.

Ümumilikdə cari ilin ötən dövründə 4500-dək şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlar əsasən əlilliyi olanlardan, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərindən ibarətdir.

2019-cu il ərzində 10 minədək ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub.

  • Əvvəlki

    Növbəti depozit hərracı keçiriləcək - MƏBLƏĞ

Digər xəbərlər

23.12.2021 İqtisadiyyat
Azərbaycanın kolbasa istehsalı - ARTIB
0 0
23.12.2021 İqtisadiyyat
Türk lirəsi daha da - BAHALAŞIB
0 0