USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı-Ələt-Qazax avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

01.06.2018 İqtisadiyyat
0 0
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 09:30-dan Bakı-Ələt-Qazax avtomobil yolunun 14-320 km-də (hər iki tərəf) yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparıır

Bu barədə "Kommersant.Az"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Buna görə də, sözügedən avtomobil yolunda hərəkət axşam saatlarına qədər bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hissə-hissə məhdudlaşdırılacaq.

Bununla əlaqədar olaraq sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.