USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı metrosunda konsert olacaq - Bu stansiyalarda

17.09.2019 İqtisadiyyat
0 0
Hər il olduğu kimi, bu il də "Bakı Metropoliteni" QSC, ənənəsinə sadiq qalaraq, 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.

"Kommersant.az" bildirir ki, metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-də sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq.

Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir. Sentyabrın 12-də Bakı metropoliteninin "Xətai" stansiyası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsilə əlaqədar olaraq budəfəki konsert proqramının keçirildiyi stansiyaları arasında "Xətai" də yer alacaq.

Budəfəki proqramda canlı musiqi "İçərişəhər", "Sahil", "28 May" və "Xətai" stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək:

- "İçərişəhər" stansiyası – saat 11:00-12:30;

- "Sahil" stansiyası – saat 12:00-13:30.

- "28 May" stansiyası – saat 13:00-14:30;

- "Xətai" stansiyası – saat 14:00-15:30.