USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Köhnə ərazi Milli Gimnastika Arenasına təhvil veriləcək

26.09.2019 İqtisadiyyat
0 0
Bakı Nəqliyyat Agentliyinin (BNA) metronun "Koroğlu" stansiyasının çıxışında indiyə qədər Nəqliyyat Mübadilə Mərkəzi (NMM) kimi istifadə etdiyi ərazi Milli Gimnastika Arenasına (MGA) təhvil veriləcək.

"Kommersant.az" xəbər verir ki, bu barədə BNA-nın mətbuat xidmətindən məlumat verilib.

Onun sözlərinə görə, həmin ərazi MGA-ya məxsus parklanma yeridir və indiyə qədər alınmış icazə əsasında müvəqqəti istifadə olunub. Ötən gün açılışı olmuş yeni NMM-in bir həftədən sonra vətəndaşların istifadəsinə verilməsi gözlənilir. Bununla da, MGA-nın ərazisindən istifadə etməyə ehtiyac qalmayacaq.

Xatırladaq ki, yeni "Koroğlu" NMM ümumilikdə 3 hektar ərazidə yerləşir. Mərkəz Bakıətrafı kənd və qəsəbələrə hərəkət edən 30-dan çox marşrut xəttini özündə cəmləşdirəcək.

  • Əvvəlki

    “Xiaomi” iki tərəfli ekranı olan smartfon təqdim edib - Qiyməti 2800 dollar

Digər xəbərlər

07.05.2024 İqtisadiyyat
UBS-dən rekord səviyyədə hesabat
0 0
07.05.2024 İqtisadiyyat
Britaniya Müdafiə Nazirliyinə kiberhücum
0 0
07.05.2024 İqtisadiyyat
Türkiyənin 'süni intellekt' hesabatı
0 0
06.05.2024 İqtisadiyyat
Google reklam siyasətini yenilədi
0 0