USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TANAP ildə 1,45 mlrd. dollar gəlir gətirəcək

08.10.2019 İqtisadiyyat
0 0
Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa edilən Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) səhmdarları layihənin işlənilməsindən illik 1,45 mlrd. dollar gəlir əldə edəcək.

"Kommersant.az" xəbər verir ki, bunu bu gün İstanbulda keçirdiyi mətbuat konfransında TANAP-ın Baş direktoru Saltuk Düzyol bildirib.

Onun sözlərinə görə, bu gəlirin 58%-i Azərbaycanın payına düşəcək.

Qeyd edək ki, TANAP layihəsində "Cənub Qaz Dəhlizi" QSC 51%, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi "SOCAR Turkey Enerji A.Ş" 7%, BOTAŞ 30%, BP 12% paya malikdir.

Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilir.

Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi-Eskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil edir. 2018-ci il iyunun 12-də TANAP-ın bu hissəsinin rəsmi açılış mərasimi keçirilib, iyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək. (Report.az)