USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sərnişinlərin nəzərinə: Bakıda bu yol təmirə bağlanır - Foto

17.10.2019 İqtisadiyyat
0 0
Bakıda Şəfayət Mehdiyev küçəsində təmir işlər aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "Kommersant.az"a verilən məlumata görə, aparılan təmir işləri ilə əlaqədar olaraq oktyabrın 17-dən 18-nə keçən gecədən etibarən Şəfayət Mehdiyev küçəsinin General Akim Abbasov küçəsi və Tbilisi prospekti arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bununla da Şəfayət Mehdiyev küçəsinə Əbdürrəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri, həmçinin Tbilisi prospekti istiqamətindən giriş bağlanacaq.

Məhdudlaşma 3-4 gün ərzində qüvvədə olacaq. Bu müddət ərzində sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Alternativ olaraq sürücülər Hüseyn Cavid və Həsən bəy Zərdabi prospektlərindən, Əhməd Cəmil, Akademik Zahid Xəlilov, Həsən Məcidov, General Akim Abbasov və Əbdulvahab Salamzadə küçələrindən, həmçinin sözügedən küçə və prospektlərə birləşən yollardan istifadə edə bilərlər.

  • Əvvəlki

    Gələn il Azərbaycanda 130 minə yaxın şəxsin işə düzəlməsi təmin olunacaq

Digər xəbərlər