USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cənub Qaz Dəhlizi uzun illər xalqımıza xidmət göstərəcək nəhəng layihədir

03.06.2018 İqtisadiyyat
0 0
Cənub Qaz Dəhlizi Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir.

"Kommersant" bildirir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, uzun illər ölkəmizə, xalqımıza xidmət göstərəcək Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan öz təbii qazının ildə 16 milyard kubmetrini Avropaya çatdırmağı planlaşdırır. Gələcəkdə isə bu rəqəmi 30 milyard kubmetrə çatdırmaq imkanı var. Dəhlizin qazla təminatına gəldikdə, Azərbaycanda “Şahdəniz-2” yatağında təsdiq olunmuş 2,6 trilyon kubmetr qaz ehtiyatı var. Bundan başqa, reallıqda “Şahdəniz-2” qaz yatağının imkanlarının daha geniş olduğu müəyyənləşib. Əlavə olaraq, Cənub-Qaz Dəhlizinin “Asiman” və “Şəfəq” yataqlarının işlənməsindən sonra da qazla təminatını nəzərə alsaq, bu layihə uzun illər Azərbaycanda istehsal olunan qazın dünya bazarına çatdırılmasına imkan verir. Layihə, həmçinin iqtisadi əhəmiyyətə malikdir. Çünki qaz artıq neft amili kimi qiymətlərin aşağı və ya yuxarı qalxmasına məruz qalan bir enerji resursu deyil. Qaz müəyyən olunmuş müqavilə qiymətinə satılır və dünya bazarında bu qiymət stabil qalır. Bu da onu deməyə əsas verir ki, gələcək valyuta da Azərbaycanda stabil olacaq.

Azər Badamov qeyd edib ki, Cənub Qaz Dəhlizinin həm də Azərbaycanın təhlükəsizliyinin təminatında rolu olacaq. Avropa ən azından onun üçün böyük əhəmiyyətə malik Cənub Qaz Dəhlizinə görə maraqlı olacaq ki, Azərbaycanın təhlükəsizliyi təmin olunsun. Bir sözlə, bu dəhliz Azərbaycan üçün uzun illər həm təhlükəsizlik, həm də iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edən mühüm bir layihədir.

  • Əvvəlki

    Azərbaycanın voleybolçu qızları səfərdə Portuqaliya yığmasına qalib gəliblər

Digər xəbərlər