USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azəristiliktəchizat" istilik mövsümünün başlanmasına hazırlaşır

28.10.2019 İqtisadiyyat
0 0
"Azəristiliktəchizat" ASC-də 2019-2020-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı və etibarlı istilik təchizatının təmin edilməsi məqsədi ilə tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq Bakı şəhəri və respublikanın regionlarında 550 qazanxananı və 90 istilik məntəqəsi kompleksini yoxlamadan keçirib.

ASC-də verilən məlumata görə, mövsümə hazırlıq çərçivəsində Bakı və respublika üzrə 530 odluq təmir edilib, 930 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 1190 ədəd qazan mexaniki və kimyəvi üsullara təmizlənib, qazanlarda 1 810 kvadrat metr izolyasiya örtüyü təmir edilib.

Məlumata əsasən, bundan əlavə, istilik şəbəkələrində 22 780 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 12 915 ədədi əsaslı və cari təmir edilib, 825 ədədi isə yenisi ilə əvəz olunub. 990 km istilik xətləri yuyulmuş və hidravlik təzyiqə yoxlanılıb, 44,1 km məhəllədaxili və magistral istilik xətləri əsaslı təmir olunub, istilik xətlərində 16 375 kvadrat metr istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 11 020 kvadrat metr dam örtüyü təmir edilib.

İstilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında 01 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanılması və mövsüm ərzində Cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3 850 yaşayış binası, o cümlədən 180,0 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1 600-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur, məlumatda qeyd olunur.

  • Əvvəlki

    Gənc ailələr niyə sosial ev ala bilmirlər? - Ekspertdən təklif

Digər xəbərlər