USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Uber-in səhmləri kəskin ucuzlaşıb

06.11.2019 İqtisadiyyat
0 0
Üçüncü rüb maliyyə göstəricilərini açıqlayan "Uber Technologies Inc." şirkəti sərmayəçilərini məyus edib.

Baş ofisi San Fransiskoda yerləşən nəqliyyat şirkətinin üçüncü rübdə xalis satış gəliri 3.53 milyard dollar təşkil edib. Bu, 2-ci rüb ilə müqayisədə 23% çoxdur. Proqnoz 3.39 milyard dollar idi.

Şirkət eyni dövrdə səhm başına 68 cent zərər edib. Səhm başına 63 cent zərər nəzərdə tutulurdu.

Uber üçüncü rübdə 1.16 milyard dollar zərər edib. Proqnoz 1.45 milyard dollar zərər olacağı istiqamətində idi.

Şirkət 2019 maliyyə ili üçün zərər təxminini 3.0 - 3.20 milyard dollar aralığından 2.8 - 2.9 milyard dollar aralığına endirib.

Maliyyə göstəriciləri açıqlandıqdan sonra Uber-in səhmləri 6.7% ucuzlaşıb. Uber-in səhmləri May ayındakı 45 dollarlıq ilk satışdan bu yana təxminən 30% dəyərdən düşüb.

  • Əvvəlki

    Rusiyanın ən böyük neft şirkətinin xalis mənfəəti artıb

Digər xəbərlər