Maliyyə Nazirliyi "Kommersant.Az" portalına təbrik ünvanlayıb

04.06.2018 İqtisadiyyat
Nazirlik, redaksiya kollektivini portalın fəaliyyətə başlaması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb

"Kommersant" xəbər verir ki, Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Piriyev portalımızın fəaliyyətə başlaması münasibətilə redaksiya kollektivinə təbrik ünvanlayıb.

Təbrik məktubunu təqdim edirik:

"Yeni fəaliyyətə başlayan "Kommersant.Az" portalının dəyərli kollektivini təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayıram.

Son illər Azərbaycanda genişlənən internet-media məkanında, böyük informasiya axını şəraitində xüsusilə də iqtisadiyyat və maliyyə sahəsində ciddi oxucu auditoriyası qazanmaq və onu qorumaq yüksək peşəkarlıq, dəqiqlik və obyektivlik tələb edir.

Əminəm ki, hadisələrə çevik və operativ reaksiya verməklə ortaya qoyacağınız fərqli yanaşma və dürüst mövqe ilə oxucuların inam və rəğbətini qazanacaq, etibarlı informasiya mənbəyi olacaqsınız."

  • Əvvəlki

    Banklarda dolların alış və satış - QİYMƏTLƏRİ

Digər xəbərlər

23.12.2021 İqtisadiyyat
Azərbaycanın kolbasa istehsalı - ARTIB
0 0
23.12.2021 İqtisadiyyat
Türk lirəsi daha da - BAHALAŞIB
0 0