Dünya fond bazarlarının əsas indeks göstəriciləri

20.11.2019 İqtisadiyyat
Noyabrın 20-da Amerika fond bazarında Dow Jones indeksi 0,36% – 27 934,02 bəndədək, S&P 500 indeksi 0,06% – 3 120,18 bəndədək enib, Nasdaq indeksi isə 0,24% – 8 570,66 bəndədək yüksəlib.

"Kommersant.az" xəbər verir ki, Avropa fond bazarlarında noyabrın 20-də FTSE 100 indeksi 0,22% – 7 323,80 bəndədək, Almaniya DAX-ı 0,11% – 13 221,12 bəndədək yüksəlib, Fransa CAC-40 isə 0,35% – 5 909,05 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,04% artaraq 1 473,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,02% artaraq 1,1077 dollar təşkil edib.