USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycan Dəmir Yolları” beynəlxalq əlaqələrini genişləndirir

26.11.2019 İqtisadiyyat
0 0
“Azərbaycan Dəmir Yolları” QSC-də Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

"Kommersant.az" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, görüşdə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov dəmir yolunda aparılan islahatlar, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, "Şimal-Cənub" və Cənub-Qərb nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, Azərbaycanın nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verib. Qeyd edib ki, beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.

Son vaxtlar Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışan C.Qurbanov bildirib ki, Azərbaycan və Qazaxıstan BTNM-in inkişafı üzrə Koordinasiya Komitəsinin üzvləridir və bu marşrutun fəaliyyətinin daha da genişləndirilməsi üçün aktiv fəaliyyət göstərirlər. Bu marşrut Çindən Türkiyəyə və eləcə də Avropaya, həmçinin əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir.

Görüşdə qarşılıqlı əməkdaşlıq əlaqələri, qarşıda duran perspektiv vəzifələr müzakirə olunub. Cavid Qurbanov xalqlarımız arasındakı tarixi dostluq münasibətləri barədə ətraflı məlumat verib. Bildirilib ki, Ulu öndər Heydər Əliyevlə, Qazaxıstanın milli lideri Nursultan Nazarbayevin hələ sovet dönəmində şəxsi dostluğu və müstəqillik illərində bir-birinə qarşılıqlı dəstəyi müasir münasibətlərimizin təməlinə çevrilib. Hazırda bu münasibətlər strateji səviyyəyə çatıb.

Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov beynəlxalq layihələrin reallaşması prosesində, iki ölkənin dəmir yolları arasında əlaqələrin genişləndirilməsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib. Qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev də Davos Dünya İqtisadi Forumunun Azərbaycanda dəmir yollarının keyfiyyəti ilə bağlı hesabatında Azərbaycan dəmir yollarının səmərəliliyi baxımından dünyada 12-ci, dəmir yollarının keyfiyyətinə görə 34-cü yerdə olduğunu diqqətə çatdırıb. Qonaq həmçinin dövlət başçısının dəmir yollarının abadlaşdırılması, qurulması, dəmir yolu xidmətlərinin təkmilləşdirilməsi istiqamətində son illər ərzində, xüsusilə Cavid Qurbanovun bu vəzifəyə təyin edilməsindən sonra böyük irəliləyişlər olduğunu vurğuladığını məmnunluqla xatırlayıb.

Xatırladaq ki, səmimi diaoloq şəraitində keçən görüşün sonunda xatirə hədiyyələri təqdim edilib.

  • Əvvəlki

    Vakansiyalar 5 iş günü müddətində daxil edilməlidirlər - Nazirlikdən müraciət

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0