USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabahdan Azərbaycanda bir həftəlik tətil başlayır

30.12.2019 İqtisadiyyat
0 0
Sabahdan Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar bir həftəlik tətil başlayır.

"Kommersant.az" xəbər verir ki, 2019-cu ilin dekabrın 31-i, 2020-ci ilin yanvarın 1, 2, 3, 4, 5 və 6-sı ölkədə qeyri-iş günüdür.

Yanvarın 7-də iş başlayır.

Qeyd edək ki, Baş Nazir Əli Əsədov imzaladığı qərarla ölkədə iş və istirahət günlərinin yerinin dəyişdirilib. Belə ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə və "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanının 2-ci hissəsinə əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Xatırladaq ki, Baş Nazir Əli Əsədovun imzaladığı sərəncama əsasən, 2020-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 24, 25-i Ramazan bayramı, iyulun 31-i, avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

  • Əvvəlki

    Azərbaycanda bank nəzarəti çərçivəsi təkmilləşdiriləcək

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0