USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bütün vergi və gömrük rüsumlarından azaddırlar - BU GÜNDƏN QÜVVƏYƏ MİNDİ

05.06.2018 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Ələt azad iqtisadi zonası haqqında” qanunu imzalayıb və bu gün rəsmi mətbuatda dərc olunub. Bu gündən qüvvəyə minən qanun Ələt azad iqtisadi zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edir.

"Kommersant"ın məlumatına görə, Qanunun 16-cı maddəsi Azad Zonada vergi tənzimlənməsinə dairdir.

Qeyd edilir ki, Azad Zona səlahiyyətli qurumu, Azad Zona inzibati müəssisələri, Azad Zona hüquqi şəxsləri və onların işçiləri, Azad Zona rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.

Azad Zona hüquqi şəxsləri və ya Azad Zona rezidentləri əsas iqtisadiyyatdakı hər hansı vergi ödəyicisinə malları, işləri, xidmətləri təqdim edərsə, belə mallar, işlər, xidmətlər üzrə əsas iqtisadiyyatın vergi ödəyicisinə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

Əsas iqtisadiyyata aid olan şəxslər Azad Zona hüquqi şəxslərinə və ya Azad Zona rezidentlərinə mallar, işlər, xidmətlər təqdim edərsə, əsas iqtisadiyyata aid olan şəxslərə belə mallar, işlər, xidmətlər üzrə əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

Əsas iqtisadiyyata aid olan şəxslərdə aparılan vergi yoxlamaları zamanı vergi orqanları tərəfindən üçüncü şəxslər qismində Azad Zona hüquqi şəxsi ilə aparılmış əməliyyatlar barədə məlumatların əldə edilməsi Azad Zona səlahiyyətli qurumu vasitəsi ilə həyata keçirilir. Azad Zona səlahiyyətli qurumu tərəfindən məlumatlar əsas iqtisadiyyat qanunvericiliyinə uyğun təqdim edilir.

Qanunun 17-ci maddəsində isə qeyd edilir ki, Azad Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənilmir.

Mallar Azad Zonadan əsas iqtisadiyyata və əsas iqtisadiyyatdan Azad Zonaya gətirildikdə, bu cür mallara əsas iqtisadiyyat qanunvericiliyinin müddəaları tətbiq edilir.

Əsas iqtisadiyyatın gömrük qurumu Azad Zonada gömrük qaydalarının tətbiq edilməsi üçün müvafiq gömrük qurumu yaradır. Müvafiq gömrük qurumu öz fəaliyyətini Azad Zona qanunvericiliyinə, qabaqcıl beynəlxalq təcrübəyə, beynəlxalq standartlara və Azad Zonanın strateji məqsədlərinə uyğun həyata keçirir.

  • Əvvəlki

    Hesablama Palatası "Kommersant"ı təbrik etdi

Digər xəbərlər