USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıdan İstanbula gedən təyyarə Ankaraya eniş etdi

07.01.2020 İqtisadiyyat
0 0
Bakıdan havaya qalxan təyyarə Sabiha Gökçen aeroportunun baş vermis insident səbəbindən bağlanması ilə əlaqədar Ankara hava limanına eniş edib.

"Buta Airways"in J2-9103 nömrəli reysi ilə uçuş həyata keçirən hava gəmisinin kapitanı enişlə bağlı qərar qəbul edib. Belə ki, təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib.

Sabiha Gökçen aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir. İstanbul aeroportundan məlumat alındıqca xəbər yenilənəcək.

Qeyd edək ki, bu gün İstanbulun Sabiha Gökçen hava limanında qəza baş verib. Bu səbəbdən 15:00-dək bütün uçuşlar təxirə salınıb.