Dünyanın “ən güclü” pasportları açıqlandı - Azərbaycanın siyahıdakı yeri
08.01.2020
İqtisadiyyat
0
0
İsveçrənin “Henley&Partners” şirkətinin tərtib etdiyi dünyanın “ən güclü” pasportlarının reytinqində Azərbaycanın da adı var. Reytinqdə 199 ölkə iştirak edib.
Şirkət "ən güclü" pasportları müəyyən etmək üçün Beynəlxalq Hava Nəqliyyat Birliyinin (IATA) məlumatlarından istifadə edib.
Reytinq seçilmiş ölkə vətəndaşlarının neçə xarici dövləti vizasız və sadələşdirilmiş qaydada ziyarət edə biləcəyini ifadə edən hərəkət azadlığı indeksinə əsaslanır.
Siyahıya əsasən, Yaponiya və Sinqapur vətəndaşları dünyanın "ən güclü" pasportlarına sahibdirlər. İlk sıraya, həmçinin, Almaniya, Cənubi Koreya, Finlandiya, İtaliya, Lüksemburq, İspaniya və Danimarka daxildir.
Azərbaycan 76-cı yerdə qərarlaşıb. Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız səyahət edə bilərlər.
Sputnik
Digər xəbərlər
19.03.2026
İqtisadiyyat
Fed-in "gözlə və gör" mesajı: Müharibənin kölgəsində faiz dərəcəsi yolu qeyri-müəyyəndir
0
0
19.03.2026
İqtisadiyyat
Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 650 milyon manatı ötüb
0
0



.png)


.jpg)



.jpg)

























































