USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Fransa aviaşirkəti İran və İraq əraziləri üzərindən bütün uçuşları dayandırıb

08.01.2020 İqtisadiyyat
0 0
Fransanın “Air France” aviaşirkəti İran və İraq əraziləri üzərindən bütün uçuşları dayandırıb.

"Kommersant.az" xəbər verir ki, "Air France" kompaniyasının mətbuat xidmətinin məlumatına görə, bu qərar Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı qəbul edilib.

Xatırladaq ki, yanvarın 8-də Tehran Beynəlxalq Aeroportundan havaya qalxan "Boeing 737" təyyarəsi az sonra qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsindəki 170 sərnişin və 10 ekipaj üzvünün hamısı həlak olub. Onların arasında 82 İran, 63 Kanada, 11 Ukrayna, 10 İsveç, 4 Əfqanıstan, 3 Almaniya, 3 Böyük Britaniya vətəndaşının olduğu bildirilir.

Ukrayna Hava Yollarına məxsus "Boeing 737-800 NG" 2016-cı ildə istehsal olunmuş və sonuncu dəfə 2020-ci il yanvarın 6-da texniki baxışdan keçirilmişdi.

Qəzanın səbəblərini Ukrayna, İran və "Boeing" şirkətinin mütəxəssisləri birlikdə araşdıracaqlar.

©Azərtac

  • Əvvəlki

    Azərbaycanda 2020-ci ildə kişilərin və qadınların pensiya yaşı - BU QƏDƏR TƏYİN OLUNDU

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0