USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtomobil bazarında vəziyyət necədir?

13.01.2020 İqtisadiyyat
0 0
2019-cu ildə Türkiyədən Azərbaycana avtomobil ixracı 2018-ci illə müqayisədə 119,6 faiz artıb və 137,543 milyon dollar təşkil edib. İxracın artım səbəbini isə ölkədə Türkiyədən gətirilən navtomobillərə daha çox tələbatın olması ilə əlaqələndirirlər.

Maraqlıdır, doğurdan da türk avtomobillərinə maraq ölkədə daha çoxdur?

Məsələ ilə bağlı Modern.az-a danışan nəqliyyat eksperti Ərşad Hüseynov artımın tələbatdan dolayı olmadığını deyib:

"Keçən ilə nisbətdə Türkiyədən avtomobillər bu il daha çox gətirilib, bu tələbatdan irəli gələn məsələ deyil. 2018-ci illə müqayisədə 2019-cu ildə Azərbaycana avtomobillərin idxalında bir artım müşahidə edildi. Türkiyədən keçən il Azərbaycana 300-dən artıq avtobus gətirilib. Yəqin ki, artım və ya tələbat deyəndə bunu nəzərdə tutrlar. Gətirilən avtomobillər tək Türkiyəyə yox, Avropa, Asiya ölkələrinə məxsus olub. Hətta ötən il İrandan daha çox avtomobil idxal olunub, nəinki Türkiyədən. Yəni ölkəyə ümumi avtomobil idxalı artıb, Türkiyədən gətirilən avtomobillərə tələbat çoxalmayıb".

Ekspert bildirib ki, Azərbaycana gətirilən avtomobilləri 3 qrupa bölmək olar:

"Birinci qrupda olan Avropa ölkələrindən, ABŞ-dan Azərbaycana daha çox işlənmiş avtomobillər gətirilir, yeniləri yox. İkinci qrupda, Yaponiya və Cənubi Koreya Respublikasından gətirilən avtomobillər isə həm yeni, həm də istifadə edilmiş olur. Üçüncü qrupa aid olan Çin, Türkiyə, Rusiya və İrandan isə Azərbaycana ancaq yeni avtomobillər gətirilir. Üçüncü qrup ölkələrin avtomobilləri keyfiyyət baxımından daha aşağı olduğu üçün onların istifadə edilmiş variantının ölkəyə gətirliməsi düzgün deyil. 2019-cu ildə avtomobil bazarında qəribə bir artım da müşahidə olundu. Belə ki, hibrid avtomobillərə, az da olsa elektriklə işləyən avtomobillərə marağın artımasının şahidi olduq. Lakin bu hal da ümumi tələbatın çoxalması ilə nəticələnir deyə bilmərik".