USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İranın neft ixracı maksimuma çatıb

05.06.2018 İqtisadiyyat
0 0
İran may ayında neft və kondensat ixracını artırıb.

"Kommersant" bildirir ki, İranın neft və kondensat ixracı may ayında gündəlik 2,7 milyon barrel səviyyəsinə çatıb.

İranın neft və kondensat ixracı bu ölkəyə qarşı sanksiyaların ləğv olunmasından, yəni 2016-cı ilin mayından indiyədək maksimum səviyyəyə yüksəlib.

Mayda İran gündəlik 2,4 milyon barrel xam neft və sutkalıq 300 min barrel təbii qaz kondensatı olmaqla ümumilikdə gündəlik 2,7 milyon barrel ixrac həyata keçirib. İranın aprel ayındakı ixracı isə 2,6 milyon barrel olub.