USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BDU-da prorektor işdən çıxarıldı - FOTO

27.01.2020 İqtisadiyyat
0 0
Bakı Dövlət Universitetində (BDU) növbəti kadr dəyişikliyi aparılıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Oxu.Az-a Bakı Dövlət Universitetindən məlumat verilib.

Bildirilib ki, universitetin Elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə öz ərizəsinə əsasən, tutduğu vəzifədən azad edilərək, rektorun elm və təhsil üzrə müşaviri vəzifəsinə təyinat alıb.

Onun yerinə fizika-riyaziyyat elmləri doktoru, professor Hüseyn Məmmədov, ümumi məsələlər üzrə prorektor vəzifəsinə isə Mahir Hüseynov təyin edilib.

Bundan başqa, biologiya fakültəsinin dekanı Akif Quliyev səhhəti ilə əlaqədar öz ərizəsinə əsasən vəzifəsindən azad edilib. Dekan seçkilərinə qədər müvəqqəti olaraq həmin vəzifənin icrası fakültənin dosenti Çingiz Məmmədova tapşırılıb.

Elmi kitabxananın direktoru Sara İbrahimova öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib. Kitabxananın direktoru vəzifəsinə Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Nigar İsmayılova təyinat alıb.

  • Əvvəlki

    Azərbaycanda bank əmanət faizləri endirilsə, hansı aktiv növlərinə investisiya arta bilər? - RƏYLƏR

Digər xəbərlər