Gürcüstan Çindən tranziti qadağan edib

29.01.2020 İqtisadiyyat
Gürcüstan Çindən təkrar ixrac və tranziti qadağan edib.

Bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

Çin Gürcüstanın üçüncü əsas idxal tərəfdaşıdır. Ötən il Gürcüstan Çindən 858,7 milyon dollar dəyərində məhsul idxal edib.

Qeyd edək ki, qonşu ölkə yanvarın 27-də Çindən diri heyvanların idxalını dayandırıb. Bu gündən isə Gürcüstan və Çin arasında birbaşa aviauçuşlara müvəqqəti qadağa qüvvəyə minib.

©Report