USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Paytaxtın bu rayonunda su olmayacaq

30.01.2020 İqtisadiyyat
0 0
Bakı şəhəri Xətai rayonu Məzahir Rüstəmov küçəsində yeni çəkilmiş su kəmərinin şəbəkəyə qoşulması ilə əlaqədar 30 yanvar 2020-ci il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətindən "Kommersant.az"a məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.