Gürcüstanda ərzaq məhsulları bahalaşıb

03.02.2020 İqtisadiyyat
Ötən ay Gürcüstanda istehlak qiymətləri indeksi aylıq müqayisədə 0,7% artıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik inflyasiya isə 6,4% təşkil edib. İllik müqayisədə qiymətlərdə 4,4% artım qeydə alınıb.

Yanvar ayında ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 2,3%, süd, pendir və yumurtanın qiyməti 6,1%, tərəvəzlərin qiyməti 8,6%, qəhvə, çay və kakaonun qiyməti 0,6%, ətin qiyməti 0,4%, yağların qiyməti 4,2%, meyvə və üzümün qiyməti isə 3% artıb. Mineral sular, alkoqolsuz içkilər, meyvə və tərəvəz şirələri isə 1,2% ucuzlaşıb.

Alkoqollu içkilər və tütünün qiymətində isə 1,8% artım olub.

İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 11,3%, alkoqollu içkilər və tütünün qiyməti 11,2%, nəqliyyat xərcləri isə 3,3% artıb.