USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda siqaretlərin qiyməti niyə qalxdı? - Açıqlama

03.02.2020 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, Azərbaycanda siqaretlərin qiyməti qalxıb. Bu, istehlakçıların narazılığına səbəb olub və qiymətlərin artmasına səbəb olan amillər istehsalçı şirkətlər tərəfindən açıqlanmayıb. Bəs siqaretin bahalaşmasının səbəbi nədir?

İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, bu tip məhsulların qiymətlərinin artımı aksiz vergisi ilə əlaqədardır.

“Siqaretlərin bahalaşması aksiz vergilərinin artması ilə bağlıdır. Aksiz vergisi daha çox tələbatı çox olan və dövriyyəsi sürətli xarakter daşıyan mallar üzrə tətbiq edilir. Biz də diqqət yetirsək, görərik ki, son illər ərzində bu tip məhsulların aksiz vergisi demək olar ki, hər il yanvarın 1-dən artırılmaqdadır. O cümlədən də siqaret məhsullarına da bu tətbiq olunur. Bundan əvvəldə belə bir addım atılmışdı.

Bu ilin yanvarın 1-dən tütün və tütün məhsullarına aksiz rüsumu artırılıb. İndi isə bu qərar tətbiq olunmağa başlayıb. Səbəb bununla əlaqədardır. Burada bazarı məhdudlaşdırmaq, hər hansı rəqabət mühiti yaratmaq və s. kimi səbəblər axtarmağa ehtiyac yoxdur. Bu, sözü gedən sahədən büdcəyə daha çox mədaxil əldə etmək məqsədi daşıyır”.

  • Əvvəlki

    Bu şagirdlər buraxılış imtahanlarından azad edildi - SİYAHI

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0