USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bloomberg: Vaşinqton ÜTT-nin dövlət satınalmaları razılaşmasından çıxmağı müzakirə edir

05.02.2020 İqtisadiyyat
0 0
Tramp administrasiyası Ümumdünya Ticarət Təşkilatının (ÜTT) dövlət satınalmaları razılaşmasından çıxmağı müzakirə edir. Ekspertlər ABŞ-ın dövlət satınalmalarının ümumi həcmini 1,7 trilyon dollar dəyərində qiymətləndirirlər.

Bu haqda mənbələrə istinadən "Bloomberg" məlumat verib.

Layihə prezident administrasiyasının rəsmiləri tərəfindən yayılır və onun Amerikanın hakimiyyət orqanlarının tələbi ilə islah olunmayacağı təqdirdə ABŞ-ın sazişdən (GPA) çıxmasını nəzərdə tutur.

Xatırladaq ki, GPA sazişinin əsas məqsədi dövlət satınalmaları bazarını xarici şirkətlər üçün əlçatan, şəffaf və rəqabət qabiliyyətli etməkdir. ABŞ-ın razılaşmadan çıxması ÜTT üzvlərinin (Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Kanada və Aİ da daxil olmaqla) tenderlərinə çıxışı itirməsinə gətirib çıxacaq.

ABŞ-ın ÜTT razılaşmasından çıxması ölkənin Böyük Britaniya və Aİ ilə keçirəcəyi ticarət danışıqlarını çətinləşdirəcək.

Banker.az

  • Əvvəlki

    Çindən gələn 7 azərbaycanlı koronavirusa görə xəstəxanaya yerləşdirildi

Digər xəbərlər